Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


27.10.2022  12:14 

Enerji içkiləri və qənd məhsulunda problem...





A+  A-

“Aparılmış monitorinqlər zamanı enerji içkiləri ilə bağlı əsasən 2 növ uyğunsuzluq aşkarlanır. Əsas uyğunsuzluq enerji içkisi olan məhsulların markalanmasında ciddi pozuntuların olması və enerji içkisi olmadığı halda üzərində enerji içkisi təəssüratını yaradan ifadələrdən istifadə edilməklə istehlakçıların aldadılmasıdır”.

XəzərNews.az xəbər verir ki, bu barədə AQTA-nın sədri Qoşqar Təhməzli mətbuat konfransında məlumat verib.

Q. Təhməzli bildirib ki, markalanmasında ciddi pozuntular olan 2 enerji içkisinin geri çağırılması, 5 istehsalçıya məxsus sərinləşdirici içkinin markalanmasında enerji içkisi təəssüratı yaradan ifadələrin çıxarılması üzrə tədbirlər görülüb, ticarət şəbəkələrində rəflərin yenidən düzülməsi və qiymət stikerlərinin dəyişdirilməsi təmin edilib.

Q.Təhməzli, həmçinin aparılan yoxlamalarda şəkər tozu və qənd məhsullarında kükürd dioksid (SO2) miqdarının normadan artıq olmasının aşkarlanması ilə bağlı məlumat verib. Bildirib ki, monitorinqlər çərçivəsində 12 istehsalçıya məxsus məhsullarda kükürd dioksidin kütlə payının normadan artıq olması müəyyənləşdirilib:

“Bununla bağlı bütün müvafiq nəzarət tədbirləri görülüb. Görülən tədbirlərin nəticəsi olaraq, ümumilikdə, müəssisələr tərəfindən 1097 kiloqram məhsul geri çağırılıb və bundan 547 kiloqram məhsul məhv edilib. Anbarda olan 5 min 309 kiloqram məhsulun yenidən emalı təmin olunub”.

Xəbər 2586 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +