Pezeşkian Azərbaycana səfərə gəlib - YENİLƏNİB
Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmən tanıyıb
Günay Qurbanova Avropa çempionu olub
Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...


24.05.2021  13:32 

Məmmədyarov bu gün Aronyanla qarşılaşacaq





A+  A-

Şahmat üzrə Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsində bu gün növbəti 5 tur keçiriləcək.
XəzərNews.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov “The FTX Crypto Cup”un VI turunda bir-birinə rəqib olacaq. Rəcəbov ağ, Məmmədyarov isə qara fiqurlarla oynayacaq.

VII turda Məmmədyarovu qara fiqurlarla Ermənistan təmsilçisi Levon Aronyana qarşı oyun gözləyir. Rəcəbov isə ağ fiqurlarla rusiyalı Yan Nepomnyaşinin müqavimətini qırmağa çalışacaq.

Azərbaycan şahmatçılarının bugünkü görüşlərinin təqvimi belədir:

VI tur

Teymur Rəcəbov - Şəhriyar Məmmədyarov

VII tur

Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan)

Yan Nepomnyaşi (Rusiya) - Teymur Rəcəbov

VIII tur

Teymur Rəcəbov - Uesli So (ABŞ)

Şəhriyar Məmmədyarov - Yan Nepomnyaşi (Rusiya)

IX tur

Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov

Maksim Vaşye-Laqrav (Fransa) - Teymur Rəcəbov

X tur

Teymur Rəcəbov - Alan Piçot (Argentina)

Şəhriyar Məmmədyarov - Maksim Vaşye-Laqrav (Fransa)

İlk 5 turdan sonra Teymur Rəcəbov 3 xalla 5-ci, Şəhriyar Məmmədyarov isə 1,5 xalla 14-cüdür.

Qeyd edək ki, yarış 23 - 31 mayda gerçəkləşəcək. Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoindir.

Xəbər 3889 dəfə oxunub.




03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +