Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


01.08.2019  12:09 

Yükləyici, uzadıcı… – Orfoqrafiya lüğətinə daxil olacaq yeni sözlər





A+  A-

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti sentyabrda çapa veriləcək.
XəzərNews.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, çapa veriləcək orfoqrafiya lüğətində yeni sözlər öz əksini tapacaq:

“Biz yeni yaradılan sözləri ictimaiyyətin müzakirəsinə veririk. Bunların bəziləri müsbət qarşılanır, bəzilərinə ögey münasibət olur. Amma bizdə də qonşu ölkələrdə olduğu kimi bu təcrübədən istifadə edilir.

Misal üçün, “adapter” – yükləyici, “zaryatka” – yükləmə, “razetka” – yuvacıq, “udlinitel” – uzadıcı, proqnoz – öncəgörmə kimi təklif olunub. Öncəgörmə deyəndə hamının ağlına fala baxmaq gəlir, ancaq bu söz yazılı abidələrimizdə də işlənib”.

Akademik əlavə edib ki, köhnə orfoqrafiya lüğətində narazılıq yaradılan sözlər çıxarılıb.

Xəbər 3080 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +