Binəqədidə 17 kiloqram marixuana aşkarlanıb – Əməliyyat
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı
Deputat sakini döyüb? - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır
Pakistanın Baş naziri Xankəndiyə gəldi


16.02.2019  10:05 

Abşeronda tədqiqat aparıldı - Burada banan yetişdirmək olar





A+  A-

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində Abşeron şəraitində banan, avokado, manqo və Havana papayasının yetişdirilməsinin mümkünlüyü müəyyən edilib.
XəzərNews.az xəbər verir ki, bu barədə Dendrologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Zümrüd Məmmədova Trend-ə bildirib.

Onun sözlərinə gör, tədqiqatlar institutun ərazisində, qapalı şəraitdə aparılıb. tədqiqatlar zamanı alçaqboylu banan (M.acuminata Colla), Havana papayası (Solo papaya L.), Hindistan manqosu (Mangifera indica L.), Amerika avokadosu (Persea americana Mill.) növləri Abşeron şəraitində çoxaldılıb:

“Eyni zamanda, onların bioekoloji xüsusiyyətləri öyrənilib və məlum olub ki, həmin bitkilərdən qışda şaxtadan mühafizə edilməklə Abşeronda park və bağların yaşıllaşdırılmasında istifadə etmək olar”.

Z.Məmmədova qeyd edib ki, tədqiqat dövründə yetişdirilmiş banan meyvə verib, Havana papayası, Hindistan manqosu, Amerika avokadosu isə hazırda çiçəklənmə mərhələsindədir: “Bu isə o deməkdir ki, həmin bitkilər də məhsul verəcəklər”.

Bananın hazırda Azərbaycanın cənub bölgəsində becərildiyini deyən alimin sözlərinə görə, Havana papayası, Hindistan manqosu və Amerika avokadosu ölkədə ilk dəfə Dendrologiya İnstututu tərəfindən yetişdirilib.

Xəbər 2964 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +