Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü
XİN-dən Paşinyana cavab
Məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ
Sərnişin avtobusunda təhlükəli anlar yaşandı: Rəsmi qurumdan reaksiya gəldi - VİDEO
Ermənistandan İrana daha iki zərbə
Paşinyan İTV-yə müsahibə verdi - Video


11.05.2022  22:12 

ABŞ-dan Ukraynaya 40 milyard yardım...





A+  A-

Mayın 10-da ABŞ Nümayəndələr Palatası Ukraynaya 40 milyard dollardan çox əlavə yardımı səsçoxluğu ilə təsdiqləyib.

Məqsəd Ukraynaya hərbi yardım axınını davam etdirmək və Rusiyanın hərbi müdaxiləsi ilə mübarizə aparan Kiyev hökumətini gücləndirmək, onlara dəstək olmaqdır.

“Reuters” yazır ki, Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinə sədrlik edən Rosa De Lauro xərclər paketini dəstəkləməyə çağırış edərkən deyib:

“Bu qanun layihəsi demokratiyanı qoruyacaq, Rusiyanın təcavüzünü məhdudlaşdıracaq və öz milli təhlükəsizliyimizi gücləndirəcək. Ən əsası, Ukraynanı dəstəkləyəcək”.



ABŞ Prezidenti Co Bayden iki həftə əvvəl Konqresdən Ukraynaya əlavə 33 milyard dollar yardımı təsdiq etməyi xahiş etmişdi. İndi isə hərbi və humanitar maliyyəni artırmaq qərarına gəlinib.

Bayden bildirmişdi ki, Ukraynaya mövcud müdafiə yardımı may ayının sonunda bitir.

O, bundan əvvəl qanun layihəsini imzalaya bilmək üçün Konqresi tez hərəkət etməyə çağırmışdı.



Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova çərşənbə axşamı günü həm demokrat, həm də respublikaçı senatorlara həftəlik nahar yeməyində kömək üçün müraciət edib.

“Bu, çox səmimi və asan başadüşülən mesaj idi: Ukraynada insanlar ölür. Oradakı insanların lazımi ləvazimatları və sursatları tükənir. Onların tez bir zamanda köməyimizə ehtiyacı var. Hər hansı köməyiniz üçün öncədən təşəkkür edirik. Lakin gələcək köməyi zəhmət olmasa sürətləndirin”, – deyə demokrat senator Dik Durbin Markarovanın çıxışından sonra bildirib.



Senatın Xarici Əlaqələr Komitəsinin üzvü və Senatın Ukrayna üzrə kokusunun rəhbəri, respublikaçı senator Rob Portman qanun layihəsinin Senatdan keçməsi üçün kifayət qədər respublikaçıdan dəstək gözlədiyini bildirib.

“Düşünürəm ki, bu, keçəcək. Cümhuriyyətçilərin əhəmiyyətli dəstəyi olacaq”, – deyə o bildirib.

Bildirilir ki, nəzərdə tutulan yardımın 15 milyard dollara yaxını Ukrayna ordusu üçün silah və hərbi texnika alınmasına xərclənəcək.

14 milyard dollar humanitar yardıma, ukraynalı qaçqınlara dəstəyə ayrılacaq.

5 milyard dollar buğda qıtlığının nəticələrini aradan qaldırmağa sərf olunacaq. Çünki müharibə nəticəsində Ukraynadan buğda və qarğıdalı ixracı dayanıb.



Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib ki, ABŞ Ukraynaya dəstək verməklə demokratiyanın diktatura ilə savaşını dəstəkləyib: “Bu savaşda demokratiya qalib gəlməlidir. Ukrayna xalqı həm öz demokratiyası, həm də bizimki uğrunda savaşır”.

Rusiya fevralın sonunda Ukraynaya hərbi müdaxiləyə başlayandan bu yana Konqres ikinci dəfədir bu ölkəyə böyük məbləğdə yardım ayırır.

Martda ayrılan yardımın məbləği 13.6 milyard dollar olub.

Növbəti qanun layihəsi Senatdan keçəndən sonra Ukrayna müharibə başlayandan ABŞ-dan 50 milyard dollardan çox yardım almış olacaq./Meydan TV



Xəbər 7824 dəfə oxunub.



16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu

15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq


BÜTÜN XƏBƏRLƏR +