200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


08.10.2021  15:40 

Leylətul-Məbit günü...





A+  A-

Bu gün, rabiul-əvvəl ayının 1-i (8 oktyabr) Leylətul-Məbit günüdür. Leylətul-Məbit Həzrət Əlinin (ə.s) öz canı bahasına İslam Peyğəmbərini (s) qoruduğu gecəyə deyilir.
Müşriklər Məhəmməd Peyğəmbəri (s) Məkkədən Mədinəyə hicrət etdiyi gecə öldürməyi planlaşdırırdılar. Onlar, Allah Rəsulunun evinə girib onu yatağında qılınc və nizələrlə qətlə yetirmək istədilər. Həmin gecə İmam Əli (ə.s) Peyğəmbərin (s) gizlincə Mədinəyə getməsinə imkan yaradıb və onun yatağına uzanıb.

Məkkə müşrikləri evə daxil olduqda Peyğməmbərin (s) yataqda olduğunu gördülər. Onlar hələ bilmirdilər ki, orada uzanan İmam Əli (ə.s) idi. Müşriklər hücüm çəkən anda yataqda Həzrət Əlinin olduğunu görüb təəccübləndilər. Bu zaman Məhəmməd Peyğəmbər artıq Məkkədən uzaqlaşmış idi.

Quranın təfsir alimləri Bəqərə surəsinin 207-ci ayəsinin nazil olma səbəbini məhz İmam Əlinin (ə.s) bu fədakarlığı ilə əlaqəli oduğunu təsdiq edirlər. Ayədə yazılıb: “İnsanlardan eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır”.

Peyğəmbərin (s) Mədinə şəhərinə hicrəti nəticəsində İslam dininin ilk cəmiyyəti formalaşdı. Bununla da müsəlmanların sayı artmağa başladı.

XəzərNews

Xəbər 2887 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +