200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


11.12.2017  16:12 

Evlənmək istəyən 11 nəfərdə QİÇS tapıldı





A+  A-

Bu ilin noyabr ayında nikaha daxil olmaq istəyən 10738 nəfər tibbi müayinədən keçib.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, ötən ay müayinədən keçən şəxslərdən 325 nəfərində talassemiya daşıyıcılığı, 18 nəfərdə sifilis, 11 nəfərdə isə QİÇS aşkarlanıb.

Onun sözlərinə görə, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 3 olub.

"Bu il nikaha daxil olmaq istəyən 127 173 nəfər tibbi müayinədən keçib ki, onlardan 13794 nəfərdə talassemiya daşıyıcılığı, 422 nəfərdə sifilis, 103 nəfərdə isə QİÇS aşkar edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 38-dir", - deyə direktor vurğulayıb.

Z. Əlimirzəyeva qeyd edib ki, bu il 23 hamilə qadında perenatal müayinə aparılıb: "Onların dünyaya gətirdiyi 6 körpə talassemiya xəstəsi, 13-ü daşıyıcı, 4-ü isə sağlamdır".

Xəbər 1471 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +