200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


30.11.2017  22:37 

Nizami Hacıyevlə Mirhüseyn Seyidov azadlığa çıxdı





A+  A-

“İnter”in dünən axşam saxlanılan futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidov bu gün sərbəst buraxılıblar.
XəzərNews.az-ın Qol.az-a istinadən xəbərinə görə, onların oyun alqı-satqısında iştirakı rəsmən sübuta yetirilməyib.

Futbolçuları konkret hansı hüquq-mühafizə orqanının saxlaması barədə məlumat yoxdur. Ümumiyyətlə, bu gün Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri onlarda sözügedən oyunçuların saxlanılmasına dair məlumat olmadığını bildirmişdi.

Qeyd edək ki, bu gün “Keşlə” klubunun rəsmi saytı məlumat yayıb ki, N.Hacıyev və M.Hüseynov Topaz Premyer Liqasının son 5-6 matçında danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələrin olmasına görə onlarla imzalanmış müqaviləyə rəsmən xitam veriib. Bundan başqa, “Keşlə” rəsmiləri həmin futbolçuların saxlanıldığını da bildirib.

Xəbər 1464 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +