200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


12.03.2024  10:08 

Səbinə Babayeva bu, Nigar Camalın fantaziyasıdır...





A+  A-

Əməkdar artist Səbinə Babayeva açıqlaması ilə diqqət çəkib.

Xəzərnews.az xəbər verir ki, "Söz baz" proqramına müsahibə verən müğənni "Avroviziya 2011" qalibi Nigar Camalın "Avroviziya" iştirakçılarından ancaq biz yaddaqaldıq, başqaları unuduldu" sözlərinə reaksiya verib:

"Bu, Nigar Camalın fantaziyasıdır. Mənə görə ən çox yaddaqalan mən və Alim Qasımovun çıxışı oldu. Digər yaddaqal ifalar 2008-ci ildə müsabiqəyə qatılan Elnur Hüseynov və Samir Cavadzadənin çıxışı, eyni zamanda Aysel Teymurzadə və Araş olub. Təbii onlar yadda qalıblar, çünki birinci olublar. Amma oxuduqları mahnı zəifdir".

S.Babayeva yenidən "Avroviziya" yarışmasına qatılmaq istədiyini söyləyib:

"Ola bilər. Çünki mənə ehtiyac var. Mən və Fərid Məmmədovdan sonra belə beşlik və ya onluğa düşən olmayıb. Ona görə də qatılacağam".

Qeyd edək ki, Nigar Camal və Eldar Qasımov 2011-ci ildə "Running scared" mahnısı ilə "Avroviziya"da birinci olub.

Xəbər 849 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +