200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


09.03.2024  13:15 

Məgər o qədər zəifəm?





A+  A-

"Uşaqlarımın atası ilə o vaxt ayrılanda lap pis baxırdılar. Hətta bir il qızımdan gizli saxladıq. O, öz həyatını yaşadı, mən isə öz həyatımı. Həmişə demişəm, deyəcəm də. Çox sağol ki, belə gözəl balalar mənə verdin".

Xəzərnews.az xəbər verir ki, bu sözləri rəqqasə Rəna Ağamuradova (Renka) sosial media hesabında yazıb. O, cəmiyyətdə boşanmış qadınların növbəti dəfə ailə həyatı qurmasına birmənalı baxılmadığını vurğulayıb:

"Qaldı ki, boşanmış qadın Azərbaycanda dəhşət. Boşandın bir vay, bir uşaqla səni alan kimdir, sənə yiyə duran kimidir? Başa düşmədim, mənim özümə nə gəlib? Məgər o qədər zəifəm? İkinci dəfə bir uşaqla evləndim, vay utanmır, övladı var ərə gedir. Başa düşmədim, mən adam deyiləm? 26-27-28 yaşında boşanmışam, demək artıq özümə "stop" qoymalıyam? Mən də qadınam, qayğı, nəvaziş, adi evdə divara mismar vurub xırda şeylərə mənə dəstək olmağını istəyirəm.

Vay-vay yazıq oğlan boşanmış qız alıb, ailəsi ondan imtina edib, həyatı puç oldu. Niyə axı,niyə? Niyə biz xoşbəxt ola bilmirik? Niyə biz burnumuzu başqasının həyatına soxmalıyıq?"





Xəbər 1378 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +