Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


01.09.2021  14:18 

Gorus-Qafan yolunda vəziyyət necədir?





A+  A-

Avqustun 27-si Zəngəzur bölgəsindən keçən Gorus- Qafan yolu açılıb. Bu zaman Azərbaycan yolda ziqzaqvari bloklar qurmaq şərti irəli sürüb. İndi isə ermənilər bu yoldan istifadə edərkən sürəti endirməli olurlar.
XəzərNews.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Qəzetin yazdığına əsasən, bir hissəsi Azərbaycan ərazisindən keçən yol Azərbaycan-Rusiya arasında danışıqlardan sonra açılıb.

“Azərbaycanlılar iki-üç yerdə beton bloklar qoyub və yol demək olar ki, qismən açıqdır. Beton bloklar azərbaycanlı hərbçilərin postlarının yanında quraşdırılıb. Yolun bu hissəsindən keçdikdə maşının sürəti minimuma endirilir. Çünki beton bloklar səbəbindən yolda hərəkət üçün dar zolaq qalıb. Azərbaycan tərəfi yoldan keçənləri rahatlıqla identifikasiya edə bilər və bu da əlavə risklər yaradır. Xüsusilə də nəzərə alsaq ki, ölkənin Milli Təhlükəsizlik Xidməti bir neçə ay əvvəl hər kəsi mübahisəli yolları dayanmadan sürətlə keçməyə çağırıb. Bu yolun əslində nəyin qarşılığında açıldığını isə gələcək hadisələr göstərəcək”, - deyə nəşr qeyd edib.

Qeyd edək ki, avqustun 25-də Azərbaycanın Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının əsgərinə Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında iki erməni hərbçisi tərəfindən edilmiş hücumun ardınca Ermənistanın Gorus və Qafan vilayətlərini birləşdirən, bir hissəsi Azərbaycan ərazisindən keçən yol bağlanmışdı.

Xəbər 3407 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +