Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


13.12.2023  13:22 

Bakı və İrəvanı alqışladıq... - Zaxarova





A+  A-

Biz Bakı və İrəvanın münasibətləri normallaşdırmaq, sülh müqaviləsi bağlamaq üçün qarşılıqlı istəyini həqiqətən alqışladıq.

Xəzərnews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

“Biz onların “hamı üçün” düsturuna uyğun olaraq hərbi əsirlərin mübadiləsinə dair razılaşmasını alqışladıq. Bu, qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir və Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında bağlanmış sazişə uyğun olaraq barışıq üçün əlavə imkanlar açır. Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanma müddətinə gəlincə, biz bu barədə əvvəlcə danışdığımız kimi, bunu tərəflər özləri müəyyən etməlidir”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib.

Mariya Zaxarovanın sözlərinə görə, Rusiya balanslaşdırılmış sazişin hazırlanmasında tərəfdaşlarına bundan sonra da kömək etməyə hazırdır.

“Belə bir sənəd regionda davamlı sülh və sabitlik üçün etibarlı zəmin yaratmaq məqsədi daşıyır”, - Zaxarova bildirib.

Xəbər 3843 dəfə oxunub.



04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +