Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat


27.07.2022  13:49 

Arif Hacılın müşaviri niyə həbs edilib?





A+  A-

Müsavat Partiyası sədrinin müşaviri Əlikram Xurşudov həbs edilib.

Sosial şəbəkələrdə onun iyulun 20-də Nazirlər Kabinetinin qarşısında keçirilmiş aksiyaya görə həbs edildiyi iddia olunub. Qeyd edilib ki, Ə.Xurşudov siyasi baxışlarına görə və aksiyada quru sərhədlərin bağlı qalmasına etiraz etdiyi üçün həbs edilib.

XəzərNews.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov “Qafqazinfo”ya bildirib ki, iddialar həqiqəti əks etdirmir:

Əlikram Xurşudov dünən Səbail rayonunda ictimai qaydanı pozduğu üçün polis əməkdaşları tərəfindən intizama dəvət olunub. Lakin o, buna məhəl qoymayaraq öz hərəkətlərini davam etdirib. Polisin qanuni tələbinə tabe olmayaraq müqavimət göstərib. Buna görə də Əlikram Xurşudov barəsində inzibati protokol tərtib olunaraq Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 30 sutka inzibati həbs edilib.

Bir daha qeyd edirik ki, Əlikram Xurşudovun həbsinin onun siyasi baxışları və 20 iyuldakı aksiya ilə heç bir bağlılığı yoxdur”.

Xatırladaq ki, Müsavat Partiyasının sədri Arif Hacılıdır. Ə.Xurşudov iyulun 20-dəki aksiya zamanı ərazidən uzaqlaşdırılmışdı.

Xəbər 3305 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi


BÜTÜN XƏBƏRLƏR +