Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


25.01.2024  12:54 

Məktəbin tavanı uçdu, müəllim xəsarət aldı





A+  A-

Sosial şəbəkələrdə Naxçıvanın Babək rayonu Cəhri qəsəbəsində 2 nömrəli tam orta məktəbdə müəllimlər otağının tavanının qopması ilə bağlı məlumat yayılıb.

Qopan tavanın tarix müəlliminin başına düşdüyü, nəticədə müəllimin ağır kəllə-beyin travması aldığı iddia olunur.

Qafqazinfo hadisə ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Babək Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayıb.

Təhsil şöbəsinin müdiri Elşən Qəbulov sorğumuza cavabında tavanın deyil, yalnız suvaq hissəsinin qopduğunu, hadisə nəticəsində ciddi xəsarət alanın olmadığını bildirib:

"Həmin hadisə yanvar ayının 19-da olub. Həmin gün 30 şagird, 20 müəllimin iştirakı ilə 20 Yanvar hadisələrinin Anım Günü ilə əlaqədar anım tədbiri keçirilib. Bu vaxt tavanın 3 kvadratmetr hissəsində suvaq qoparaq tökülüb. Tavan çökməyib, qopan suvaqdır və onun da qalınlığı təxminən 3 santimetrdir. Nəticədə ixtisasca tarix müəllimi olan, məktəbdə laborant kimi çalışan Mahnurə Hüseynovanın qoluna düşüb. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb”.
Şöbə müdiri həmçinin əlavə edib ki, faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır və dəyərləndirilmədən sonra tavan bərpa ediləcək.

E.Qəbulovun sözlərinə görə, sözügedən təhsil müəssisəsi 2007-ci ildə inşa olunub və məktəbdə 500-dən çox şagird təhsil alır.

Xəbər 1620 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +