Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


16.11.2022  09:40 

Polşa da vuruldu, 2 nəfər həlak oldu





A+  A-

Rusların Lvova atdığı raketlərin bir neçəsi Polşaya düşüb. Raket Polşanın Ukrayna ilə sərhədində yerləşən Prjevodov kəndinə fermaya düşüb. Hadisə zamanı iki nəfər həyatını itirib.

XəzərNews.az xəbər verir ki, Polşanın baş naziri Mateuş Moravetski Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını çağırıb. Hökumət sözçüsü Piotr Müller Twitter hesabında təcili toplantının çağırıldığını yazsa da görüşün təfərrüatlarını açıqlamayıb.

Polşanın Tomaşov Lubelski hərbi hava limanında isə aktivlik müşahidə olunub.

Qeyd edək ki, fevral ayında Rusiyanın Ukraynaya müdaxiləsi ilə başlayan müharibədə gərginlik artıb. Bu günlərdə Ukraynanın Xersonu geri alması ilə Rusiya əsas diqqətini raket hücumlarına yönəldib.

Noyabrın 15-də paytaxt Kiyevə atılan raketlər zamanı 3 bina zədələnib, 2 nəfər həyatını itirib.

Hücumlar Ukrayna prezidenti Vladimir Zelenskinin videobağlantı vasitəsilə G20 sammitində çıxışından bir neçə saat sonra başlayıb.

L.Zahidqızı
XəzərNews.az


Xəbər 2647 dəfə oxunub.



27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +