“Sputnik-Azərbaycan”nın ofisində əməliyyat keçirilir?
Xarici İşlər Nazirliyində yeni idarə yaradılıb
Bu tarixlərdə Qarabağa gedə bilməyəcəksiniz!
Partlayışla bağlı cinayət işi başlandı
Bu ödənişlərdə ƏDV-nin yarısını geri ala biləcəksiniz
TƏBİB minaya düşən polislə bağlı məlumat yaydı
Hüseyn Büyükfıratın oğlunun ölüm səbəbi məlum olub
Bakıda ən çox əmək haqqını kimlər alıb?
Şamaxıda kürəkən qayınatasını qətlə yetirib
Sabiq deputat həbsdən çıxmamış daha 9 il iş aldı


08.05.2018  23:51 

Tramp nüvə sazişi barədə qərarını verdi - Rəsmi





A+  A-

ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronla telefon görüşməsi edib.
XəzərNews.az "Nyu-York Tayms"a istinadən xəbər verir ki, o, söhbət zamanı İranla imzalanmış nüvə sazişindən çıxacağını bildirib.

Trampın rəsmi qərarını bir neçə saaat sonra açıqlayacağı bildirilir.

Məlumat üçün bildirək ki, 2015-ci il iyulun 14-də Vyanada İran və “altılıq” ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) arasında İranın nüvə proqramına dair saziş imzalanıb. Razılığa əsasən aşağıdakı öhdəliklər götürülmüşdü:

- 15 il ərzində İranın az zənginləşdirilmiş uran ehtiyatları 98 faiz azaldılaraq ümumi çəkisi 10 000 kiloqramdan 300 kiloqrama endiriləcək.

- İran uranın zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqaların sayını 19 000-dən 6 104-ə qədər, yəni 60 faiz azaldacaq, növbəti 10 ildə onlardan yalnız 5 060-nın uranın zənginləşdirilməsində istifadəsinə icazə veriləcək.

- 15 il ərzində İran uranın zənginləşdirilməsini 3,67 faiz həddə, yəni mülki və tədqiqat məqsədləri üçün kifayət edəcək səviyyədə saxlayacaq, Fordodakı nüvə obyektində isə uranın zənginləşdirilməsi tamamilə dayandırılacaq. Həmin müəssisə nüvə, fizika və texnoloji araşdırmalar mərkəzinə çevriləcək.

- 15 il ərzində İran heç bir yeni uran zənginləşdirmə obyekti tikməyəcək.

Bunun qarşılığında isə İrana tətbiq edilən sanksiyalar ləğv edilmişdi.

***

Tramp Ağ Evdə təşkil edilən mətbuat konfransında qərarını rəsmən elan edib. O, ABŞ-ın nüvə sazişindən çıxdığını açıqlayıb.

Xəbər 3089 dəfə oxunub.



30.06.2025  12:42 

Sabah hava necə olacaq?

27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +