Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


21.05.2025  12:09 

Bir az insaf, bir az vicdan! - Gömrükdən şikayət





A+  A-

Bloger Mehin Oktaylı (İconmekh) Dövlət Gömrük Komitəsindən şikayət edib.

O, bu barədə sosial şəbəkədə yazıb. Mehin bildirib ki, gömrükdə anasının çamadanı əlindən alınıb:

"17 may tarixində anam Nərgiz Zahirova İstanbuldan Bakıya gəlib. Vətənə çatan kimi hava limanında çamadanını əlindən alıblar. İçində sadəcə özünə, mənə və nəvəsinə aldığı geyimlər olub. Satış məqsədli geyimlər gətirilməyib. Anam israrla “açın, baxın çamadana” dediyi halda heç bir işçi açıb baxmadan əlindən alıblar. Hətta kobud rəftar edərək öz tərbiyyələrini göstəriblər.

2 gündür hava limanına getməyinə baxmayaraq hələ də çamadanı vermirlər. Səbəb isə “ürəyimiz belə istəyir” olur. Siz camaatı dolamısınız? Gömrük Komitəsi, İstanbuldan gələn hər kəs özü və ailəsi üçün alış-veriş edir. Mənə maraqlıdır, bu qayda-qanunuz hər bir vətəndaş üçün belədir?! Ya keyfiniz istədiyi şəxsin çamadanını heç bir səbəb olmadan əlindən alırsınız? Bu dövlətin qanunu, qaydası var və heç kim özbaşınalıq edə bilməz.

Bir az insaf, bir az vicdan!! O çamadan evə gələcək, amma mən sizdən hər yerə şikayət edəcəyəm"./Axşam.az

Xəbər 2321 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +