ABŞ Ukraynaya bütün silah tədarükünü dayandırır
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
Tramp Zəngəzur dəhlizinin açılması üçün təklif irəli sürüb?
London Rusiya ilə Azərbaycanın arasını vurmağa çalışır?
Zaxarovadan SSRİ mesajı
Səfərbərlik Xidmətinin 9 əməkdaşı işdən çıxarıldı
Masallının “İstisu”sunda antisanitar vəziyyət höküm sürür
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışını etdi
Rusiya Azərbaycandan konsulluq girişi tələb edir
Ukrayna Rusiyanın Lipetsk vilayətinə hücum edib


22.04.2021  14:18 

Sabaha gözlənilən hava açıqlandı





A+  A-

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, aprelin 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 17-19, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 23-27, dağlarda gecə 5-9, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Xəbər 3239 dəfə oxunub.




03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı

02.07.2025  20:48 

Bu restoranlar cərimələnib


BÜTÜN XƏBƏRLƏR +