Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


30.09.2020  12:05 

Paytaxt üzrə 28 direktor vəzifəsi vakansiyaya çıxarıldı





A+  A-

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 28 vakant yer çıxarılıb.
İdarədən XəzərNews.az-a verilən məlumata görə, 7, 52, 80, 93, 105, 110, 122, 130, 170, 196, 201, 205, 209, 223, 230, 231, 232, 241, 243, 256, 262, 270, 302, 312, 317, 319, 322 nömrəli tam orta məktəblər və 16 nömrəli Texniki-Humanitar liseyi üzrə direktor vəzifəsi müsabiqəyə çıxarılıb.

Həmin məktəblərdə direktor vəzifəsi üzrə əmək funksiyaları hazırda digər ixtisaslı kadrlar tərəfindən müvəqqəti icra edilir.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi davam edir. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu oktyabrın 2-si saat 23:59-da başa çatacaq.

Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Xəbər 3448 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +