Şahin Şıxlinski sərbəst buraxılıb
Onlar başlatdı, biz bitirəcəyik!
Voronejdə azərbaycanlı sahibkar həbs edilib
Yekaterinburqdakı diaspor liderimizi polis qaçırdı
Əliyevlə Zelenski bu məsələdə razılığa gəldi
Sobçak öldürülən azərbaycanlılardan yazdı
Zelenski Əliyevə zəng etdi, başsağlığı verdi
XİN Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
Prezident İlham Əliyev bu məhkəmələrə hakim təyin etdi
Böyük Britaniya 3 qrupu terror təşkilatı elan etməyə hazırlaşır


18.08.2020  12:18 

Ötən il iyunda 4055 nəfər, bu il isə 6203 nəfər ölüb





A+  A-

Azərbaycanda COVID-19 yayıldıqdan sonra bu virus səbəbindən baş verən ölümlərin ümumi olaraq ölkədəki stabil ölüm sayına necə təsir etdiyi zaman-zaman müzakirələrə səbəb olub. Pandemiyanın yayıldığı ilk vaxtlarda bəzən ölüm sayının şişirdildiyi, hətta digər səbəblərdən ölənlərə pul verilərək onların koronavirus xəstəsi kimi yazılması barədə şayiələr də yayılırdı. Daha sonra isə əslində ölənlərin çox olduğu, rəqəmlərin gizlədildiyi şayiələri yayılmağa başladı.
XəzərNews.az-ın verdiyi xəbərə görə, iqtisadçı-ekspert Toğrul Vəliyev Statistika Komitəsinə istinadən hesablama aparıb.

O bildirib ki, 2020-ci ilin iyun ayında Azərbaycanda 6203 ölüm faktı qeydə alınıb: “Müqayisə üçün, 2019-cu ilin iyun ayında bu göstərici 4055, 2014-2019-cu illərdə iyun ayı üzrə orta ölüm göstəricisi 4040 təşkil edib. Başqa sözlə, bu ilin iyununda “artıq” ölüm 2163 təşkil edib. TƏBİB-in verdiyi məlumata görə, 2020-ci ilin iyun ayında COVID-19 xəstəliyi təsdiqlənmiş 150 nəfər vəfat edib”.

Xəbər 3491 dəfə oxunub.




02.07.2025  00:31 

Onlar başlatdı, biz bitirəcəyik!

01.07.2025  16:33 

Çində güclü daşqın olub

01.07.2025  16:09 

Rusiya Azərbaycana nota verib

01.07.2025  15:17 

Ukrayna Rusiyaya PUA hücumu edib

01.07.2025  15:03 

Azər Zahid buraxılıb


BÜTÜN XƏBƏRLƏR +