Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov
Azərbaycanlılar Gürcüstandan deportasiya edildi
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü başlayıb
Çin vətəndaşlarına XƏBƏRDARLIQ...
Azər Qasımlının cinayət işi məhkəməyə verildi
Zəngəzur dəhlizi ticarətin inkişafında mühüm rol oynayacaq
ABŞ-da güclü partlayış olub


28.09.2018  12:56 

Əliyev prezidentlərlə gecə gəzintisində - Meyvə-tərəvəz sərgisində





A+  A-

Ötən gün Tacikistana səfər edən prezident İlham Əliyev MDB ölkə liderləri üçün nəzərdə tutulan gecə gəzintisinə qatılıb.
XəzərNews.az Tacikistan KİV-nə istinadən xəbər verir ki, Emomali Rahmonun təşkilatçılığı ilə ötən gecə baş tutan gəzintidə ölkə liderləri Tacikistanın təbii nemətləri ilə tanış olublar. Sərgidə meyvə-tərəvəzlər, quru meyvələr, bal nümayiş olunub.

Qeyd edək ki, artıq bu gündən MDB Dövlət Başçıları Şurasının iclası öz işinə başlayıb. Sammitdə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, Belarus dövlət başçısı Aleksandr Lukaşenko, Qazaxıstan lideri Nursultan Nazarbayev, Moldova lideri İqor Dodon, Özbəkistan dövlət başçısı Şavkat Mirziyoyev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Tacikistan prezidenti Emomali Rahmon və Ermənistan baş naziri Nikol Paşinyan iştirak edir.

Türkmənistan lideri Qurbanqulu Berdımuhammedov BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etdiyi üçün sammitə qatıla bilməyib. Düşənbədə onu baş nazir müavini təmsil edəcək. Eyni zamanda, bu dəfə Ukraynadan da heç kim təmsil olunmur.

Sammit “Somon” sarayında keçirilir.

Xəbər 3228 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib

02.07.2025  00:31 

Onlar başlatdı, biz bitirəcəyik!


BÜTÜN XƏBƏRLƏR +