Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov
Azərbaycanlılar Gürcüstandan deportasiya edildi
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü başlayıb


26.09.2018  16:43 

Bakı Meriyası “Qarabağ mitinqi”nə İCAZƏ VERDİ





A+  A-

Bakı şəhər İcra Hakimiyyəti bir qrup siyasi partiya və ictimai təşkilat nümayəndəsinin 29 sentyabrda “Qarabağ mitinqi” keçirmək barədə müraciətinə müsbət cavab verib.
XəzərNews.az-ın məlumatına görə, bu haqda mitinqin Təşkilat Komitəsinin üzvü, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirib.

Təşkilatçılar əvvəldən bəyan ediblər ki, mitinq siyasi müxalifətin aksiyası deyil və hakimiyyətə münasibətlə əlaqədar siyasi şüarlar, tələblər qoyulmur və səsləndirilməyəcək.

“29 sentyabr “Qarabağ mitinqi” ideyası Azərbaycan ictimaiyyətinin ölkə daxilində, habelə xaricdə yaşayan ən geniş təbəqələri tərəfindən müdafiə olunur və mitinqdə iştirak edəcəkləri barədə minlərlə insanın çağrışları KİV- də, sosial şəbəkələrdə, əhali arsındakı canlı müzakirələrdə səslənib”, - təşkilatçılar bəyan edibləar.

Beləliklə, Qarabağ Komitəsinin “Qarabağ mitinqi”nin keçirilməsi ilə bağlı müraciətinə bu gün saat 15.00 radələrində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müsbət cavab verilib.

BŞİH-dən verilən cavabda göstərilir ki, mitinq 2018-ci il sentyabrın 29-da saat 15.00-dan 17.00-dək Yasamal rayonu ərazisində,”İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək.

“Hamını Qarabağ mitinqinə çağırırıq. Gəlin bir yerdə olaq, Qarabağımıza azadlıq tələb edək. “Qarabağa azadlıq!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ təcili azad edilməlidir!”, “Erməni murdarları torpaqlarımızdan dərhal rədd olub getməlidirlər!”- budur şüar və tələblərimiz”,-təşkilatçılar bildiriblər.

Xəbər 3183 dəfə oxunub.




02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +