Şahin Şıxlinski sərbəst buraxılıb
Onlar başlatdı, biz bitirəcəyik!
Voronejdə azərbaycanlı sahibkar həbs edilib
Yekaterinburqdakı diaspor liderimizi polis qaçırdı
Əliyevlə Zelenski bu məsələdə razılığa gəldi
Sobçak öldürülən azərbaycanlılardan yazdı
Zelenski Əliyevə zəng etdi, başsağlığı verdi
XİN Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
Prezident İlham Əliyev bu məhkəmələrə hakim təyin etdi
Böyük Britaniya 3 qrupu terror təşkilatı elan etməyə hazırlaşır


11.09.2017  09:43 

Turistlər tualet azlığından narazıdır





A+  A-

"Xarici ölkələrdən Azərbaycana gələn turistlərin böyük əksəriyyəti ümumən buradan razı gedirlər, yəni ümumən neqativ fikirdə deyillər. Amma onların arasında bəzi şeylərdən narazı qalanlar da var".
XəzərNews.az xəbər verir ki, bu barədə Milli.Az-a açıqlamasında Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib. Büronun sözçüsü turistlərin əsasən narazı qaldığı həmin məqamları da açıqlayıb: "Biz ölkəmizə gələn turistlərin bir qisminin arasında sorğu keçirmişik. Birincisi, turistlər deyiblər ki, yerli əhalinin ingilis dilini zəif bilməsi onlar üçün sıxıntı yaradıb. İkinci əsas narazılıq nəqliyyatda, xüsusən taksi sürücülərinin yalanları və fırıldaqçılığıdır.

Onlar həmçinin animatorların sayının azlığından şikayət ediblər. Yəni turistlərin fikrincə, burda onlar üçün əyləncələr azdır. Bundan əlavə, problemlərdən biri bələdçilərin azlığı və keyfiyyəti məsələsidir. Eləcə də "rent a car", yəni turistlərin avtomobillərin icarəyə götürməsi, belə xidmətin göstərilməsi ilə bağlı problem var. Turistləri narahat edən digər məsələlərdən biri isə ictimai tualetlərin, ayaqyoluların az olması, bəzi yerlərdə isə ümumiyyətlə olmamasıdır. Lakin bu problemin aradan qaldırılması üçün artıq konkret təklif verilib və yəqin ki, onun köklü həlli üçün işlər görüləcək".

Mətbuat katibi qeyd edib ki, əslində bunların heç biri sistemli, ciddi problem deyil: "Bütün bu problemlər, çatışmazlıqların hamısı əslində düzələn şeylərdir. Ümid edirik və biz çalışırıq ki, bütün bunlar yaxın zamanlarda həllini tapsın".

Xəbər 2707 dəfə oxunub.




02.07.2025  00:31 

Onlar başlatdı, biz bitirəcəyik!

01.07.2025  16:33 

Çində güclü daşqın olub

01.07.2025  16:09 

Rusiya Azərbaycana nota verib

01.07.2025  15:17 

Ukrayna Rusiyaya PUA hücumu edib

01.07.2025  15:03 

Azər Zahid buraxılıb


BÜTÜN XƏBƏRLƏR +