Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu


09.08.2024  09:46 

Avtoxuliqanlıq etdi, polis tərəfindən saxlanıldı -Video





A+  A-

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə avtoxuliqanlıq edib Dövlət Yol Polisi əməkdaşlarının əmrinə tabe olmayan şəxsin görüntülərinin yayılmasına aydınlıq gətirib.

DİN-in Mətbuat xidmətindən Xəzərnews.az-a bildirilib ki, avqustun 7-də saat 17:30 radələrində paytaxt ərazisində yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyat və sağlamlığına real təhlükə yaratdığına görə VAZ-2107 markalı avtomobilin sürücüsünə DYP əməkdaşları tərəfindən “Saxla” işarəsi verilib.

Lakin avtomobilin sürücüsü buna məhəl qoymayaraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlıq hərəkətlərini davam etdirib.

Görülən tədbirlərlə sürücü — 1995-ci il təvəllüdlü Abdullayev Elşən Teyfur oğlu Nəsimi rayonu ərazisində saxlanılıb. O, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərib.

E.Abdullayev barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.



Xəbər 7823 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +