Kişi sevgilisinin azyaşlı oğlu tərəfindən bıçaqlandı
Saleh Məmmədov işçilərin maaşından 50 manat kəsib?
Azərbaycanlıya işgəncə verənlərə cəza verildi
DTX-nin həbs etdiyi “Çaqqal“dan xəbər var
Binəqədidəki bağçada nə baş verir? - Video
Polis bu qadınları axtarır - Siyahı
“Azparking”in zəbt etdiyi yollar nə vaxt boşaldılacaq?
HƏMAS bir İsrail əsgərini əsirlikdən azad etdi
Zelenski Putindən başqa heç kəslə görüşməyəcək
Bank kartlarından 9 min manata yaxın pul oğurlanıb


26.02.2022  12:33 

Karantin yumşaldıla bilər - Deputat





A+  A-

Koronavirusun "Omicron" ştamı artıq Azərbaycanda azalmağa doğru gedir. Bu isə qarşıdakı ayda yumşalma ilə bağlı addımlar atılmasına zəmin yaradır.

XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

M. Quliyev deyib ki, hazırda vaksinasiya səviyyəsi olduqca yüksəkdir:

"Eyni zamanda, havalar istiləşməyə doğru gedir. Biz hesab edirik ki, mart ayının ortalarında, bəlkə də sonlarına doğru karantin qaydalarını yumşaltmaq mümkün ola bilər. Bir şərtlə ki, virusun yeni mutasiyası meydana çıxmasın. Yeni mutasiya vəziyyəti çətinləşdirə bilər".

Onun sözlərinə görə, hazırda dünyada yeni mutasiya ilə bağlı proqnozlar yoxdur:

“Yəni "Omicron"dan başqa bir mutasiyanın gələcəyi ilə bağlı siqnallar yoxdur. Ancaq yeni mutasiyalar olacaqmı, olmayacaqmı, yeni mutasiyalar özünü göstərəcəkmi bunu konkret demək mümkün deyil. Ancaq arzu edərdik ki, "Omicron"la da bu virusdan xilas olaq. Bu karantin rejimindəndən çıxaq və iki il əvvəlki rahat həyatımıza qayıdaq”.

Xəbər 1792 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir


BÜTÜN XƏBƏRLƏR +