Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?
Kişi sevgilisinin azyaşlı oğlu tərəfindən bıçaqlandı
Saleh Məmmədov işçilərin maaşından 50 manat kəsib?


16.09.2021  16:50 

Sabiq nazirin bir milyon borcu var - Ödəyə bilmir





A+  A-

Keçmiş Vergilər naziri Fazil Məmmədov vergi borcunu ödəyə bilmir.
XəzərNews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, keçmiş nazirin biznes imperiyasına daxil olan "Ata Holdinq” MMC-nin 967 111.04 AZN vergi borcu var. Bu borc uzun müddətdir ki, ödənilmir.

Məlumata görə, İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Departamenti bununla bağlı məhkəməyə müraciət edib. İddia olunur ki, vergi borcuna görə Fazil Məmmədovun ölkədən çıxışına da "stop" qoyulub.

"Ata Holdinq” MMC 23 iyul 2003-cü ildə 40 071 815.66 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Holdinqin qanuni təmsilçisi Kamilov Əşfər Kamil oğludur. Əşrəf Kamilov bundan əvvəl "Ata Holdinq”in Müşahidə Şurasının sədrinin müavini kimi çalışıb. Onun "Ata Bank” və "Bank VTB Azərbaycan” kimi banklarda səhm payları olub. "Ata Bank” artıq ləğv edilib. Əşrəf Kamilov "Bank VTB”dəki payını isə satıb.

Fazil Məmmədov nazir vəzifəsindən çıxarıldıqdan sonra biznes imperiyası çökməyə başlayıb. Onun nəzarətində olan şirkətlərin bir qismi məhkəməyə verilib.

Xəbər 7378 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +