Gələn ay 13 gün iş olmayacaq
İmtahanların doğru cavabları açıqlandı
Sabah Bakıda yağış yağacaq
Rusiya Mərkəzi Asiyanı Avropa İttifaqından necə uzaqlaşdırır?
DTX-dən xüsusi əməliyyat: Terrorçu ələ keçirildi
Azərbaycanlı gənc ABŞ-də nüfuzlu vəzifəyə gətirildi
Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu


01.08.2024  18:17 

Şamaxıda ”Cinayətkarlığa qarşı mübarizə“ mövzusunda tədbir keçirilib - FOTO





A+  A-

Şamaxı Yaradıcılıq Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “XXI Əsrin Qadınları” İctimai Birliyinin "Cinayətkarlığa qarşı mübarizə" adlı tədbiri keçirilib.



Xəzərnews.az İki sahil-ə istinadla xəbər verir ki, tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant İbrahim Əhmədov çıxış edərək, insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası, insanların istismar edilməsinin forma və üsulları, insan alverinin profilaktikası, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsasları, habelə insan alveri qurbanlarının hüquqi vəziyyəti, müdafiəsi və onlara yardım göstərilməsi haqqında, insan alverinin doğurduğu təhlükələr və bu cinayətlərdən qorunmaq barədə söhbət açıb, tədbir iştirakçılarının suallarını cavablandırıb.

Bildirib ki, insan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə mövzusunda insanların maarifləndirilməsi gücləndirilməlidir.
Şamaxı RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin rəisi polis mayoru Məhəmməd Əliyev, Şamaxı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsindən Ağamil Əzizov görüşün məqsədi və qarşıda duran problemlərin həlli yollarından danışıblar. “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uğun olaraq prioritet məsələlərdən bəhs ediblər. Görüşün mahiyyəti haqqında məlumat verən “XXl Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova insan alveri ilə mübarizədən və ondan xilas yolları haqqında məlumat verib.

Tədbir diskusiya şəklində davam edib.

Xəbər 5850 dəfə oxunub.




12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +