Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu


19.05.2018  20:46 

Əfsanəvi qapıçı karyerasını başa vurdu





A+  A-

"Yuventus" futbol üzrə İtaliya A Seriyasının 38-ci turunda "Verona" üzərində qələbə qazanıb.
XəzərNews.az xəbər verir ki, Turinin "Alyans" stadionunda keçirilən görüş 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

"Qoca Sinyora"nın heyətində Daniele Ruqani və Miralem Pyaniç, "Verona"da isə Alessio Çerçi fərqlənib.

Əfsanəvi qapıçı Canluici Buffon "Yuventus"un heyətində son matçını keçirib. 40 yaşlı futbolçu 64 dəqiqə meydanda olub və Karlo Pinsolyo ilə əvəzlənib. Azarkeşlər Buffonu ayaqüstə sürəkli alqışlarla yola salıblar.

Byankoryerilərin heyətində isveçrəli Ştefan Lixtştayner də sonuncu oyununu keçirib. İkinci hissədə qol imkanı yaransa da, o, penaltidən fərqlənə bilməyib.

Ötən tur çempionluğu özünə təmin etmiş "Yuventus" yarışı aktivində 95 xal ilə başa vurub. "Verona" (25) isə sonuncudan sonrakı yeri tutaraq A Seriyasını tərk edib.

Xəbər 3129 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +