Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


02.11.2023  17:18 

“Pula görə öz şəxsiyyətlərini ayaq altına sərməkdən çəkinmirlər”





A+  A-

“İnsan mənəviyyatını həmişə uca tutmalıdır. Pul, maddi qazanc insanı öz şəxsiyyətini alçaltmağa vadar edə bilməz. İnsan şəxsiyyəti, pulun, var-dövlətin, sərvətin fövqündə dayanır”. 

Xezernews.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. 

Seymur Verdizadə sözlərinə belə davam edib: “Təəssüf ki, kapitalizmin ağır şərtləri bir çox hallarda mənəvi aşınmaya səbəb olur. Pula, maddiyata meyillənən insanlar bəzən ucuz üsullara əl atırlar, hətta öz şəxsiyyətlərini ayaq altına sərməkdən çəkinmirlər. Biz həmin adamlarla ən müxtəlif platformalarda qarşılaşa bilirik. Bunun ziyalı, alim, cahillə əlaqəsi yoxdur. Kalorili yemək istəyənlər bütün peşə sahiblərinin arasında var. Onlar yaxşı yaşamaq, “ağ gün” keçirmək üçün qara əməllərdən çəkinmirlər”. 

Seymur Verdizadə sözlərinə belə davam edib: “Biz XXI əsrdə yaşayırıq. Azərbaycanda insanların böyük əksəriyyəti savadlıdır, yazıb-oxumağı bacarır. Yəni Azərbaycan insanı alim və cahili, ləyaqətli insanla vicdansız adamı, zalımla məzlumu ayırd edə bilir. Azərbaycan cəmiyyəti ədalətlidir, həmişə vicdanının səsinə qulaq asır. Buna görə də satqın, mənəviyyatsız, ləyaqətsiz adamlar cəmiyyət tərəfindən həmişə qınanılır. Əsas odur ki, rəhməti, lənəti də insan bu dünyada qazanır. Seçim hər kəsin öz əlindədir. Kim necə istəsə, yaşaya bilər”.

Xəbər 3141 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +