Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


02.12.2021  20:07 

Sabiq deputatın yoldaşı: Qaynım 7 milyon vergidən yayınıb





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

XəzərNews.az xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hüquqi varisi, onun həyat yoldaşı Aidə Cəbrayılova ifadə verib.

O bildirib ki, R.Cəbrayılova qarşı irəli sürülmüş ittihamlarla razı deyil: “2015-2016-cı illərdə ölkədə baş verən devalvasiya səbəbindən onun şirkəti ayrı-ayrı şəxslərdən yüksək məbləğdə borc almaq məcburiyyətində qaldı. Qardaşı Elşən Cəbrayılov onu ağır duruma saldı, özü isə hazırda Türkiyə və Macarıstanda tikinti biznesi ilə məşğul olur. İş materiallarından da aydın görünür ki, Elşən Cəbrayılov direktor səlahiyyətlərini icra edərkən iş üzrə zərərçəkmişlər – Vidadi Məmmədov, Bəşir Məmmədov, Sülhiyyə Məmmədova, Təranə Fətəliyeva və başqaları ilə mənzillərin və qeyri-yaşayış sahələrinin girov qismində ayrılması və satılması barədə müqavilələr bağlayıb.

O, möhürlə təsdiq edib, vətəndaşlardan pul vəsaitlərini qəbul edib və bu barədə qəbz verib. Rafael Cəbrayılov ifadələrində və vəsatətlərində göstərmişdi ki, Elşən Cəbrayılov 7 milyon vergi ödənişindən yayınıb”.

Daha sonra təqsirləndirilən şəxsin hüquqi varisi vəsatət qaldıraraq, cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib.

Vəsatət təmin edilməyib.

Məhkəmədə zərərçəkmiş qismində Sülhiyyə Məmmədova ifadə verib. Onun sözlərinə görə, R.Cəbrayılovun qardaşı Elşən Cəbrayılova 192 500 manat pul verib.

Növbəti proses dekabrın 16-na təyin edilib.

Xəbər 2912 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +