Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


01.09.2021  10:05 

“Əşrəf Qani ölkədən qaçarkən büdcə vəsaitlərini də aparıb”





A+  A-

“Əfqanıstan Prezidenti Əşrəf Qani ölkəni tərk etdikdə onu hələ hökumət ilə iclasda gözləyirdilər”.
XəzərNews.az xəbər verir ki, bunu Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zohir Aqbar deyib.

Səfirin sözlərinə görə, Prezident avqustun 15-i ölkədən qaçarkən büdcə vəsaitlərini də özü ilə aparıb və bununla da əfqan xalqını qarət edib.

“Qaninin müavinlərinin heç biri onun qaçmaq istədiyini bilmirdi. Qani hökumətinin müdafiə nazirinin sözlərinə görə, Əşrəf Qaninin müşaviri Müdafiə Nazirliyinə zəng edib və Prezidentin saat 16:00-da iclasda olacağını bildirib. Onlar isə hazırlaşıb, Prezidenti gözləyib. Lakin məhz həmin vaxtda içərisində Qani və yaxınları olan 3 təyyarə Kabil hava limanından havaya qalxıb”, - deyə əfqan səfir vurğulayıb.

Bununla yanaşı, Məhəmməd Zohir Aqbar əlavə edib ki, “Taliban” hərəkatı Qaninin satqınlığı səbəbindən Əfqanıstanda hakimiyyəti asanlıqla ələ keçirib. O bildirib ki, Qani dürüst məmurları işdən qovaraq onların yerinə təcrübəsiz şəxsləri təyin edib.

Xəbər 3974 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +