Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


10.03.2020  10:43 

Çin sədri Uhanaya getdi





A+  A-

Çin Xalq Respublikasının sədri Si Szinpin bu gün səhər koronavirus epidemiyasının yayıldığı Uhan şəhərinə gedib.
XəzərNews.az-ın RİA "Novosti”yə istinadən xəbər verir ki, o, bu gün yerli vaxtla saat 10:00-da (Bakı vaxtilə 06:00) Uhan şəhərinə çatıb.

Si Szinpin səfər çərçivəsində koronavirusla mübarizədə görülən profilaktik tədbirlərlə tanış olacaq. Bundan başqa, o, tibbi personal, hərbçilər, sosial işçilər, ictimai əsayiş orqanlarının əməkdaşları, könüllülər, pasiyentlər və yerli sakinlərlə görüşəcək.

Qeyd edək ki, Çində koronavirus qurbanlarının sayı 3 136 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 430-a çatıb. Bunların 64 093 nəfəri sağalıb, 4 027 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Xəbər 3145 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +