Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu


05.10.2018  12:57 

Azərbaycanda ipoteka kağızı elektronlaşdırılır





A+  A-

Azərbaycanda ipoteka kağızının elektronlaşdırılması üçün “İpoteka haqqında” qanuna dəyişiklik edilir.
XəzərNews.az-ın məlumatına görə, müvafiq qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirə olunub.

Sənəd "Azərbaycanda ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında" ölkə prezidentinin 22 iyun 2016-cı il 22 iyun tarixli fərmanının 9.2-i bəndinin icrası, habelə bu sahədə məmur-vətəndaş təmasının minimum səviyyəyə çatdırılması, şəffaflığın artırlması, sağlam və təhlükəsiz elektron informasiya mübadiləsinin təmin edilməsi məqsdəilə hazırlanıb.

Dəyişikliklər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı müddəalarının hüquqi əsasının formalaşdırılmasını, həmçinin ipoteka kağızının tərtib olunması, ipoteka qoyan tərəfindən imzalanması, onun notariat qaydasında təsdiqlənməsi və digər prosedurlarların elektron qaydada həyata keçirilməsini nəzərdə tutur.


Xəbər 3134 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +