Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu


12.01.2020  10:21 

Güləşçilərimiz daha 6 medal qazandı





A+  A-

Azərbaycan güləşçiləri İstanbulda keçirilən sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turnirində altı medal qazanıblar.
Azərbaycan Güləş Federasiyasından XəzərNews.az-a verilən məlumata görə, idmançılarımız bu uğura memorialın ikinci günündə nail olublar.

Yarışda qadınların mübarizəsində Elis Manolova (65 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Sərbəst güləşçilərimizdən Əli Rəhimzadə (65 kq) qızıl, Əfqan Xaşalov (57 kq), Turan Bayramov (65 kq), Ağahüseyn Mustafayev (70 kq) və Osman Nurməhəmmədov (86 kq) bürünc medala layiq görülüblər.

Yarışa yanvarın 12-də yekun vurulacaq. Turnirin sonuncu günündə qadın güləşçilərimizdən Elmira Qəmbərova, Tatyana Omelçenko (hər ikisi 62 kq) və Səbirə Əliyeva (76 kq) mübarizəyə start verəcəklər.

Sərbəst güləşçilərimizdən İntiqam Vəlizadə (61 kq), Abubakr Abakarov (79 kq), Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) finalda, Toğrul Əsgərov (74 kq) isə bürünc medal uğrunda görüşdə yarışacaqlar.



Xəbər 2911 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +