Ərdoğan Netanyahunu tənqid etdi
İsrail İran Müdafiə Nazirliyinin binasını vurub
Bəhram Rəcəbzadə məğlubiyyətindən danışdı
Putinin səhhəti yenə gündəmdə...
İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib


31.03.2023  17:01 

Agentlikdə “Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı tədbir keçirilib





A+  A-

31 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinnin ofisində “Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı tədbir keçirilib.

XəzərNews.az xəbər verir ki, tədbir Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimov tərəfindən açıq elan edilib. Zaur İbrahimov 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərində erməni silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımı hadisəsi ilə bağlı məlumat verib. Z.İbrahimov bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır. Hər il dünyanın müxtəlif ölkələrində soyqırım hadisəsinin ildönümü günü ərəfəsində müxtəlif tədbirlərin təşkil olunduğunu qeyd edən Z.İbrahimov ermənilərin 30 mart-3 aprel 1918-ci il tarixlərində onminlərlə azərbaycanlını milli mənsubiyyətinə görə qətlə yetirdiyini bildirdi.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri Mirəli Hüseynov, Nəsiman Yaqublu, Faiq İsmayılov, Tofiq Əlizadə, Səriyyə Cəfərova, Mətanət Əsgərqızı, Elçin Axundzadə, İlqar İlkin, Zülfiyyə Mustafayeva və Aynur Zülfüqarova ermənilərin törətdiyi soyqırım hadisəsi haqda məlumat verdilər. QHT nümayəndələri Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları adından beynəlxalq təşkilatlara bəyanat ünvanlanmasının əhəmiyyətini qeyd etdilər.

Tədbirin sonunda bəyanat səsləndirilib.



Xəbər 1467 dəfə oxunub.




15.06.2025  16:21 

Ərdoğan Netanyahunu tənqid etdi

13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +