Ərdoğan Netanyahunu tənqid etdi
İsrail İran Müdafiə Nazirliyinin binasını vurub
Bəhram Rəcəbzadə məğlubiyyətindən danışdı
Putinin səhhəti yenə gündəmdə...
İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib


27.03.2023  13:36 

Qadınlar bu halda oruc tuta bilməzlər





A+  A-

Oruc tutan qadın heyz və nifasdan təmizlənmiş olmalıdır.

XəzərNews.az xəbər verir ki, haiz, yaxud nəfsa olan qadına hərçənd günün yalnız bir hissəsində heyz, yaxud nifas halında olsa belə, oruc vacib deyil və bu üzürlü hal aradan qalxdıqdan sonra həmin orucun qəzasını tutması vacibdir.

Buna əsasən, mübarək Ramazan ayında sübh azanından sonra, məsələn, Günəş çıxarkən heyz, yaxud nifasdan paklanan qadın həmin gün oruc tuta bilməz. Həmçinin, pak olan və oruc tutan qadın əgər mübarək Ramazan ayında axşamüstü, məsələn, Günəşin batmasından on dəqiqə öncə haiz, yaxud nəfsa olarsa, onun həmin gün tutduğu oruc batildir.

Əgər qadın heyz olmamaq və oruc tuta bilmək üçün aybaşı qanaxmasının qarşısını alan həb qəbul edərsə və nəticədə aybaşı olmazsa, orucu düzgündür.
/Mənbə: Ayətullah əl-uzma Seyid Əli Hüseyni Sistani


Xəbər 1289 dəfə oxunub.




15.06.2025  16:21 

Ərdoğan Netanyahunu tənqid etdi

13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +