Ərdoğan Netanyahunu tənqid etdi
İsrail İran Müdafiə Nazirliyinin binasını vurub
Bəhram Rəcəbzadə məğlubiyyətindən danışdı
Putinin səhhəti yenə gündəmdə...
İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib


27.03.2023  12:36 

Sabiq rektor məhkəməyə getmir... - Məcburi gətirilmə də fayda vermir





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəməsində BSU-nun keçmiş rektoru, barəsində məcburi gətirilmə qərarı çıxarılmış Nurlana Əliyevanın iştirakı təmin olunmayıb.

Bu barədə hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda elan olunub.

Qeyd edilib ki, prosesdə iş üzrə Dinarə Əliyeva mülki iddiaçı qismində tanınıb.

İddia üzrə cavabdeh D.Əliyevadır.

Daha sonra iş üzrə bir neçə sənəd elan olunub.

Prosesdə D.Əliyevanın müvafiq qurumlara etdiyi müraciətlər oxunub.

Növbəti iclas aprelin 3-ə təyin olunub.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb.

D.Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb. /“Report”

Xəbər 961 dəfə oxunub.




15.06.2025  16:21 

Ərdoğan Netanyahunu tənqid etdi

13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +