Ərdoğan Netanyahunu tənqid etdi
İsrail İran Müdafiə Nazirliyinin binasını vurub
Bəhram Rəcəbzadə məğlubiyyətindən danışdı
Putinin səhhəti yenə gündəmdə...
İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib


17.03.2023  11:58 

DYP sürücülərə müraciət etdi





A+  A-

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib.

XəzərNews.az xəbər verir ki, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində paytaxtdan bölgələrə, eləcə də əks istiqamətdə nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

"Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, insanların rahat və təhlükəsiz hərəkətinin təmin olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejimində xidmət aparmaqla yanaşı səfərə çıxmağa hazırlaşan sürücülərə müraciət edərək onlara nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyi, avtomobili günün işıqlı vaxtında idarə etməyə üstünlük verməyi, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamağı, sərnişinlərə də bu vacib qaydaya əməl etməyi tövsiyə edir.

Sürücülər, sürət rejimini yol və hava şəraitinə uyğun seçməli, ötmə və manevretmə qaydalarını pozmamalı, tələskənliyə yol verilməməli, yorğun, yuxusuz halda sükan arxasına əyləşməkdən çəkinməlidirlər.

Unutmaq olmaz ki, iş və istirahət rejiminə əməl etmədən sükan arxasına əyləşərək sərnişindaşıma fəaliyyəti göstərən sürücü potensial təhlükə mənbəyidir. Dəyərli sürücülər, yolboyu nümunəvi sürücü davranışı sərgiləməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə səbirli və təmkinli olun, yol hərəkətı qaydalarına riayət etməklə əzizlərinizə bayram sevinci bəxş edin", - məlumatda qeyd olunub.

Xəbər 1085 dəfə oxunub.




15.06.2025  16:21 

Ərdoğan Netanyahunu tənqid etdi

13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +