İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


27.03.2017  17:20 

Vahidlə Mişahinin İstipress-lə nə bağlılığı var?...





A+  A-

2016-cı il iyulun 18-də fəaliyyəti dayandırılan ANS Müstəqil Yayım və Media Şirkətinin yenidən teleyayıma başlayacağı sual altındadır. Baxmayaraq ki, efirə qayıtmaq ümidiylə gözləyən ANS-çilər bu xəbərin sorağındadırlar.
ANS əməkdaşları tədricən özlərinə yeni iş yerləri tapmaqdadırlar. Amma aralarında işsiz olanlar da var.

Bəzi ANS-çilər isə İstipress.com adlı saytın ətrafına toplaşıblar. Burada çalışanların hamısı əvvəlllər eyni kollektivin üzvü olmuş jurnalistlərdir.
Maraqlıdır İstipress.com-un kollektivi neçə nəfərdən ibarətdir? ANS-in keçmiş rəhbərliyinin İstipress.com-la əlaqəsi varmı, Vahid Mustafayev, Mişahin Ağayev bu redaksiyaya gəlib-gedirlərmi?
XəzərNews.az bildirir ki, Modern.az-ın suallarını İstipress-in məsul redaktoru Tural Səftərov cavablandırıb:
“İstiPress.com 2016-cı il oktyabrın 2-də yaradılıb. Saytın təsisçisi və rəhbəri ANS Müstəqil Yayım və Media Şirkətinin keçmiş baş direktoru Sevda Həsənovadır. ANS TV komandasının bir çox üzvü burada birlikdə çalışır. Hazırda 13 nəfərlik heyətlə dünyada və Azərbaycanda baş verənləri internet üzərindən oxuculara çatdırırıq.
Saytı Sevda Həsənova təsis edib və bütün maddi-texniki məsələlərə şəxsən özü nəzarət edir. İşçilərimiz ANS TV-nin və ANSpress-in əməkdaşlarıdır. Amma ANS Müstəqil Yayım və Media Şirkətinin rəhbərliyi ilə əlaqəmiz yoxdur. Sadəcə olaraq, ANS-in dəsti-xəttini davam etdiririk. Bütün yazılarda və materiallarda ANS-in mövqeyini qoruyub saxlamağa çalışırıq”.

Xəbər 2142 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +