İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


15.03.2017  14:44 

Azərbaycanın tanınmış kinoşünası vəfat edib





A+  A-

Tanınmış kinoşünas Aydın Dadaşov bu gün gecə saatlarında ürək tutmasından dünyasını dəyişib.
XəzərNews.az bildirir ki, bu barədə mərhumun oğlu Orxan Dadaşov məlumat verib. Mərhumla vida mərasimi öz evində keçiriləcək və o, bir neçə ay öncə rəhmətə gedən həyat yoldaşının yanında dəfn olunacaq.
Qeyd edək ki, Aydın Dadaşov 1952-ci ildə Ağdam şəhərində anadan olub,1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu( indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisad fakültəsini bitirib. 1980-ci ildə Leninqrad Dövlət Теаtr, Мusiqi və Kinematoqrafiya İnstitutunu (indiki Sankt-Peterburq Teatr Akademiyasının) dram sənəti fakültəsini, 1982-ci ildə isə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarını bitirib. 1975-ci ildə C. Cabbarlı adına Azərbaycan Kinostudiyasında bədii filmlər üzrə direktor, rejissor və redaktor kimi çalışıb. 1989-ci ildən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin "Televiziya və radio jurnalistikası" kafedrasında çalışıb. 2000-ci ildən həmin kafedranın dosenti 2006-cı ildən isə kafedranın professoru olub. Aydın Dadaşov Əməkdar İncəsənət Xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor idi. Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino və televiziya” fakültəsinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edirdi.

Xəbər 1987 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +