İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


15.03.2017  10:39 

Cocuq Mərcanlıda tikilən məktəbdə sentyabrdan dərs başlayacaq





A+  A-

“Ermənistan tərəfi məqsədyönlü şəkildə Azərbaycanın cəbhə bölgəsində yaşayan şagirdləri hədəfə alır”.
XəzərNews.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin Bakıda keçirilən iclasında deyib.
M.Cabbarov bildirib ki, 1994-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atəşkəs əldə olunsa da, Ermənistan tərəfi daim atəşkəs rejimini pozur və bu zaman şagirdlərin hədəfə alınması vüsət alıb.
“2011-ci ildə Ağdam rayonunda Fariz Bədəlovun erməni snayper tərəfindən qətlə yetirilməsi yaddaşımızdadır. Ermənistan rəhbərliyi münaqişənin sülh yolu ilə həll olunmasını müxtəlif təxribatlarla əngəlləyir”.
Nazir bildirib ki, Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsi Azərbaycanda təhsil sahəsinə də ciddi ziyan vurub:
“İşğal olunmuş ərazilərimizdə 700-ə qədər təhsil müəssisəsi dağıdılıb”-deyə qeyd edib.
Təhsil naziri həmçinin qeyd edib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri diqqət mərkəzində saxlanılır. “Ali təhsil müəssiələrində təhsil alan qaçqın və məcburi köçkün uşaqların təhsil haqqı dövlət büdcəsində ödənilir. Son 12 ildə ölkədəki məktəblərin 70 faizi təmir olunub və yenisi tikilib. Cocuq Mərcanlı kəndində yaşayış evləri ilə yanaşı məktəb binasının tikintisinə də başlanılıb və bu ilin sentyabr ayında ilk şagirdlərini qəbul etməyə hazır olacaq”.

Xəbər 1847 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +