İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


11.03.2024  11:20 

Oğurluqlar niyə artır?





A+  A-

Son illər ölkəmizdə oğurluq hallarının artdığı müşahidə edilir. Məişət əşyalarından tutmuş qəbiristanlıqdan oğurluğa qədər müxtəlif hadisələrin baş verdiyini eşidirik. Bəs oğurluq hallarında müşahidə olunan bu artım nə ilə bağlıdır?

Xəzərnews.az xəbər verir ki, Kriminal ekspert Şəmsəddin Əliyev bu barədə Bakıvaxtı.az-a danışarkən bildirib ki,dünyada siyasi, sosial, iqtisadi və digər sahələrdə baş verən ciddi qlobal dəyişikliklər insanların mülkiyyətinin ictimai təhlükəsizliyinin təmin edilməsi istiqamətində problemlər yaradır:

“Dünyada kifayət qədər cinayət hadisələri olmayan ölkələr var. İsveç, Norveç kimi Avropa ölkələrində cinayət nədir bilmirlər. Amma cinayətkarlıq Yaponiyada geniş yayılıb. Orada oğurluqlar o qədər çoxdur ki, artıq əhali bununla bağlı polisə müraciət də etmək istəmir”.

Onun sözlərinə görə, Azərbaycanda vəziyyət bir qədər fərqlidir. Burada əhalinin 120 nəfərinə 300 polis düşür. Bu da bizə cinayətkarlıqla mübarizənin qismən də olsa, qarşısını almağa kömək edir.

Müsahibimiz hesab edir ki, oğurluqların səbəbi bütün dünyada sosial vəziyyətlə bağlıdır:

“Bakıda miqrasiya kifayət qədər çoxdur. İnsanlar işləmək üçün rayonlardan paytaxta axın edirlər. Bu isə paytaxtda insanların cinayət əməllərini nəzarətə almağı da çətinləşdirir. İqtisadi çətinliklər, işsizliyin olması, azadlıqdan məhrum olan şəxslərin heç bir məşğuliyyətinin olmaması cinayətlərə meyli artırır. Əslində, bu məsələni problemə çevirmək olmaz. Cinayət varsa, cəza da var. Cinayət Məcəlləsində oğurluq anlayışı belə verilib: “Özgənin əmlakını gizli yollarla talamaq”. Oğurluq əməllərinin açılması üçün də kifayət qədər zaman tələb olunur. Müəyyən mənada gecikmələr olsa da, cinayətkarlar zamanla silsilə şəklində ifşa olunurlar”.

Xəbər 1260 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +