İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


06.03.2024  10:08 

Yarım milyon mənimsəmişdi...





A+  A-

2019-cu ildə bir sıra vəzifə cinayətlərində şübhəli bilinərək işdən çıxarılan və həmin il həbs edilən Ağdam rayon Vergilər Şöbəsinin direktoru Valeh Qasımovun məhkəməsi başa çatıb.

Xəzərnews.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə V.Qasımov Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü (Külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinib.

Valeh Qasımova 6 il 6 ay müddətinə həbs cəzası verilib. Onun həmçinin həmin cəzanın bitməsindən sonra 2 il ərzində vəzifə tutması qadağan edilib.

Sabiq direktorun ümumilikdə 434 min manat dövlət vəsaitini ələ keçirməsi müəyyən edilib. Məhkəmə prosesində bildirilib ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 107 min manatı büdcəyə geri qaytarıb.

Hökmdə ondan daha 327 min manatın tutularaq büdcəyə ödənilməsi vurğulanıb.

Xəbər 1038 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +