Saxta alkoqollu içkilər istehsal edirmiş
Bank kartlarından 30 min oğurlanıb
Moskvadan Bakıya planlaşdırılan reysi gecikir
Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı


08.02.2022  17:57 

Makron Zelenski görüşü başa çatdı





A+  A-

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya səfər edib.

Makron Ukrayna Prezidenti Vladimir Zelenski, Fransanın xarici işlər naziri Jan-İv lö Drian isə ukraynalı həmkarı Dmitri Kuleba ilə danışıqlar aparıb.

Vladimir Zelenski öz rəsmi tviter hesabında Makronu qarşılamasına dair paylaşım edərək bildirib ki, bu, son 24 ildə Fransa Prezidentinin Ukraynaya ilk səfəridir.

İki ölkə lideri danışıqların yekunlarına dair birgə mətbuat konfransı keçirib.

Zelenskinin sözlərinə görə, Fransa Ukraynaya 1,2 milyard avro həcmində makromaliyyə yardımı ayıracaq. O qeyd edib ki, bu, ölkə iqtisadiyyatının sabitləşməsinə kömək edəcək.

Ukrayna Prezidenti həmçinin Makronla danışıqların çox səmərəli keçdiyini bildirib.

Xatırladaq ki, Emmanuel Makron fevralın 7-si Rusiyaya rəsmi səfər edib və Rusiya Prezidenti Vladimir Putinlə 5 saatdan çox davam edən danışıqlar aparıb.


Xəbər 1696 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +