Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


03.08.2021  09:45 

Parlament polisi döyən deputata görə toplanır





A+  A-

Bu gün Milli Məclisin növbədənkənar plenar iclası keçiriləcək.
XəzərNews.az xəbər verir ki, saat 11:00-da keçirilməsi nəzərdə tutulan iclasda Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi məsələsi müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, dünən Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

Komissiyanın üzvləri deputatın toxunulmazlığının ləğv edilməsinin lehinə səs veriblər. Məsələ plenar iclasın gündəliyinə tövsiyə olunub.

Xatırladaq ki, Baş Prokuror Kamran Əliyev deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat verib.

İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

E.Səlimov sosial şəbəkədə polis əməkdaşına xəsarət yetirməsinə görə üzr istəyib.

Xəbər 2289 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +