Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


25.07.2021  08:46 

Misir və Tunisdə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb





A+  A-

Misir və Tunisin dövlət başçıları Əbdülfəttah əl-Sisi və Kais Said bu ölkələrdə fövqəladə vəziyyət rejiminin uzadılması barədə qanunları imzalayıblar.
XəzərNews.az xəbər verir ki, Misir Prezidenti parlamentin 2017-ci ildən davam edən fövqəladə vəziyyət rejiminin 14-cü dəfə, daha 3 ay müddətinə uzadılması barədə qərarını təsdiq edib. Rejim həmin il Tanta və İsgəndəriyyə şəhərlərində 45 xristianın ölümü ilə nəticələnən kütləvi terror aktlarından sonra tətbiq edilmişdi.

Tunisdə isə fövqəladə vəziyyət rejimi 6 ay müddətinə uzadılıb. Bu ölkədə 2015-ci ilin noyabrında Prezidentin mühafizə xidmətinin əməkdaşlarına qarşı silahlı hücumdan sonra sərt rejim tətbiq edilmişdi. İnsident nəticəsində 12 nəfər həlak olmuş, təhlükəsizlik xidmətinin 16 əməkdaşı isə yaralanmışdı.

Hazırda Misirin Sinay yarımadasının şimalında və Tunis paytaxtında terrorçu qruplaşmalara qarşı mütəmadi əməliyyatlar həyata keçirilir. Hakimiyyətlərin qənaətinə görə, fövqəladə vəziyyət rejimi onların maliyyə mənbələrini aşkar etməyə və ekstremist təbliğatı aparan media orqanları və sosial şəbəkələrin qarşısını almağa imkan yaradır.

Xəbər 1363 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +