Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


17.07.2021  13:48 

Fəhlələri müqaviləsiz işlədən şirkət 20 min manat cərimələndi





A+  A-

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində (CTKİ) bir sıra hüquqi şəxslər barəsində başlanmış inzibati xəta haqqında icraatlar üzrə cərimələr tətbiq edilib.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, hüquqi şəxs “Fam-88” MMC-nin vəzifəli şəxsi Rafiq Tağıyev qanunvericiliklə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər Tofiq İslamov və Məhəmməd Cəbrayılovu Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 1 ünvanında inşa edilən yaşayış binasının tikintisinə fəhlə kimi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə, “Fam-88” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati icraat başlanaraq, baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmiş və nəticədə MMC barəsində 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri seçilib.

Bundan başqa, “Aqro Az” MMC, “Gidromaşservis” QSC, “Retro Holding” MMC və “P.P-Production Company LTD” MMC fəaliyyətlərində inzibati xətalara yol verildiyinə görə barələrində İXM-nin müxtəlif maddələri ilə CTKİ-də inzibati icraatlar başlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmiş, müvafiq qərarlarla həmin hüquqi şəxslər barəsində inzibati cərimə tətbiq edilib.

Xəbər 2528 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +