Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


07.01.2020  16:05 

Süleymaninin dəfn mərasimi təxirə salındı





A+  A-

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” Qüvvələrinin komandanı olmuş general Qasım Süleymaninin dəfn mərasimi təxirə salınıb.
XəzərNews.az xəbər verir ki, bu barədə dəfn mərasiminin təşkilat komitəsi məlumat yayıb. Bildirilir ki, mərasimin təxirə salınmasına səbəb yaşanan izdihamla bağlıdır. Belə ki, bu gün Kirman şəhərində izdiham nəticəsində artıq 35 nəfər ölüb, 190 nəfər yaralanıb.

Dəfn mərasiminin vaxtı açıqlanmayıb.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

Xəbər 2019 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +