Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


15.03.2021  16:18 

İngiltərə Suriyaya qarşı yeni sanksiyalar tətbiq etdi





A+  A-

Böyük Britaniya Suriyaya qarşı sanksiyaları genişləndirərək siyahıya bu ölkənin xarici işlər naziri Faysal Mikdad və bir sıra digər yüksək rütbəli rəsmilərin, eləcə də bir neçə iş adamının və hərbçinin adını əlavə edib.
XəzərNews.az xəbər verir ki, bu barədə İngiltərə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu qərar ona görə verildi ki, onlar müharibə cinayətlərinə görə məsuliyyətə cəlb edilməli olduqlarını anlasınlar. İngiltərə bu altı nəfərin ölkəyə girişini qadağan edəcək və onların bu ölkədəki aktivlərini donduracaq”,- deyə açıqlamada qeyd olunub.

Sanksiyalar XİN rəhbəri Feysal Mikdad, Prezident Bəşər Əsədin media əlaqələri üzrə müşaviri Luna əl-Şibl, İngiltərənin “Əsədin maliyyəçisi” saydığı iş adamı Yasir İbrahim, iş adamı Məhəmməd əl-Qatırciyə qarşı tətbiq olunub. Siyahıda Respublika Qvardiyasının komandiri general-mayor Malik Alya və Suriya ordusunun beşinci korpusunun komandiri general-mayor Zeid Salah da var idi.

Bildirilib ki, bu şəxslər rejimin onurğa sütununun bir hissəsidir, onlar Suriya xalqına qarşı repressiyalar tətbiq etməkdən və onların əziyyətlərindən qazanc götürməkdən məsuliyyət daşıyırlar.

Qeyd edək ki, artıq 10 ildən çoxdur ki, davam edən vətəndaş müharibəsi nəticəsində Suriyada yarım milyondan çox insan həyatını itirib, 11 min insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.

İngiltərənin Suriya ilə bağlı sanksiya siyahısında hazırda 353 şəxs və təşkilat var.

Xəbər 1608 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +