Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


21.10.2020  23:54 

NATO Baş katibindən Qarabağ AÇIQLAMASI





A+  A-

“Cənab prezidentə NATO-nun bu döyüşlərin bir parçası olmadığını xatırlatdım. Azərbaycan da, Ermənistan da 25 ildən artıq müddətdir ki, NATO-nun dəyərli ortaqlarıdır”.
XəzərNews.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ermənistan Prezidenti Armen Sarkisyanla Brüsseldəki NATO qərargahındakı görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

NATO-nun atəşkəsin pozulması səbəbilə narahat olduğunu vurğulayan Yens Stoltenberq anlaşmazlıqların bitməsi və sülh yolu ilə həllini tapılmasının vacibliyini qeyd edib.

“Dinc əhalinin hədəf seçilməsi qəbuledilməzdir və dərhal dayandırılmalıdır. Hər kəs daimi bir siyasi həll üçün çalışmalıdır. Ermənistan və Azərbaycan müzakirələrə davam etməlidir”, - deyə Y.Stoltenberq bildirib.

Xəbər 2514 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +